16 Oktyabr 2019
15 Oktyabr 2019
Sabah 37° istidən sonra dolu düşəcək - XƏBƏRDARLIQ!
Sabah 37° istidən sonra dolu düşəcək -XƏBƏRDARLIQ! CƏMİYYƏT 13:01 2019-08-15

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha oan hava proqnozunu açıqlayıb.

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, 

Bakıda və Abşeron yarımadasında

Avqustun 16-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz  30-35, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-75, gündüz 45-50 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Mülayim cənub küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Avqustun 16-da havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq  rayonlarda  qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti təşkil edəcək.