Bakıda zəncirvarı yol qəzası olub.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Ələt qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisindəki körpünün üstündə 7 maşın toqquşub. Qəza nəticəsində bir neçə nəfər yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.