22 Noyabr 2019
“Roma”nın futbolçusu “Qalatasaray”da oynayacaq
“Roma”nın futbolçusu “Qalatasaray”da oynayacaq İDMAN 14:28 2019-08-15

İtaliyanın “Roma” klubunun fransalı futbolçusu Stiven N’Zonzi karyerasını “Qalatasaray”da davam etdirəcək. 

Unikal.org xəbər verir ki, bu barədə məlumatı 30 yaşlı dayaq yarımmüdafiəçisinin özü sosial şəbəkədə paylaşıb. 

Lakin o, müqavilənin detallarını açıqlamayıb. 

Daha öncə S. N’Zonzinin sonradan transfer edilməsi şərtilə 1+1 illiyə icarəyə götürüləcəyi bildirilirdi. 

Qeyd edək ki, “Roma”nın ötən il heyətinə qatdığı yarımmüdafiəçi Fransada “Amyen”, İngiltərədə “Blekbern”, “Stok Siti” və İspaniyada “Sevilya” klublarının da formasını geyinib.