Balıkçılığı tam zaman iş olaraq xarakterizə edən 24 yaşındakı ABŞ-lı fenomen Emily Riemer, qarmaq ilə ovladığı balıqları Instagram hesabından paylaşır.

Unikal.org xəbər verir ki, qüsursuz bədən quruluşu ilə diqqət çəkən Emily ovladığı nəhəng balıqların görüntüsünü sosial şəbəkədə paylaşdıqdan sonra, minlərlə bəyənmə alır.

Balıq ovlamaq üçün Karib və Miami sahillərinə kimi gedib çıxan Emily bikinini görüntüsünə görə deyil, sözügedən ərazilərin istiliyinə dözə bilmədiyi üçün geydiyini söyləyir.

Emily böyük balıqlar övladığını deyir. O bəzi ovladığı balıqların özündən belə ağır olduğunu ifadə edir.

Onun ınstagramda 130 mini aşan təqibçisi var. Artıq izləyiciləri Emily Riemerə "dünyanın ən gözəl görüntülü balıqçısı" adını veriblər. 

Balıq tutmağın əziyətli bir iş olduğunu xatırladan Riemer, ovladığı balığı qayığına çəkmək üçün bəzən yarım saat vaxt lazım olduğunu bildirib. 

Emily Riemer Kolumbiya, Meksika, Trinidad və Tobaqo sahillərində və bəzən də Britaniya Virgin Adalarında balıqçılıq edir.