Ağstafa rayonunun Göycəli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, avqustun 14-də saat 20 radələrində Ağstafa rayonunun Göycəli kəndi ərazisində Bakı şəhər sakini Zaur Həsənov idarə etdiyi “Renault” markalı avtomobili aşırıb.

Nəticədə sürücü hadisə yerində ölmüş, 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.