Bakı şəhər icra hakimiyyəti başçısının keçmiş müavini Muxtarlı Xalid Xancan oğlu vəfat edib.

Unikal.org report-a istinadən xəbər verir ki, o, bu gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

X.Muxtarlı bir müddət Səbail rayon icra hakimiyyəti başçısının I müavini vəzifəsində də çalışıb.

Qeyd edək ki, o, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentində Laboratoriya müdiri vəzifəsində də çalışıb.

Allah rəhmət eləsin!