22 Sentyabr 2019
21 Sentyabr 2019
 İsmayıllıda narkotik bitkilər becərən rayon sakini saxlanıldı
 İsmayıllıda narkotik bitkilər becərən rayon sakinisaxlanıldı KRİMİNAL 11:47 2019-08-16

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin əkini ilə məşğul olmaqda şübhəli bilinən rayonun Vəng kənd sakini 27 yaşlı İsmayıl Məmmədov saxlanılıb.  

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, Davam etdirilən tədbirlərlə rayonun Ruşan kəndindəki meşəlik ərazidə İ. Məmmədov tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən  ümumi çəkisi 6 kiloqrama yaxın 13 ədəd çətənə bitkisi aşkar edilib. 

Faktla bağlı  İsmayıllı RPŞ-də araşdırma aparılır.