Müğənni Rahidə Baxışovanın evində usta işləyən şəxs ona qarşı dələduzluq edib.

Unikal.org xəbər verir ki, bir neçə ay əvvəl müğənninin evində təmir işləri aparmağa söz verən usta ondan 35 min manat pul alıb. Lakin o, sonradan telefon zənglərinə cavab verməyib.

Müğənni ustadan polisə şikayət edib.

Rahidə Baxışova "Report"a açıqlamasında məlumatı təsdiqləyib: "İstərdim, digər insanlar belə məsələlərdə ehtiyatlı olsunlar".