Məşhur MMA döyüşçüsü Konor Makreqorun İrlandiyanın paytaxtı Dublində gecə klubunda yaşlı adamı döyüb.  Dava döyüşçünün yaşlı adama verməsi, onun rədd etməsi olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Konor həmin yaşlı kişiyə əsəbləşib və onu yumruqlayıb.

Makreqorun qocanı yumruqlaması bardakı təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. Görüntülərdə Makreqorun yumruqladığı şəxsin yerindən qalxa bilmədiyi görünür. Makreqor təhlükəsizlik işçiləri tərəfindən çölə çıxarılıb. 

Məşhur döyüşçü bir dəfə də oteldən çıxarkən onu telefonun kamerası ilə çəkən fanatının telefonunu əlindən alıb qırıb.