21 Noyabr 2019
20 Noyabr 2019
9600 ədəd siqareti qaz balonunda keçirmək istədi - FOTO
9600 ədəd siqareti qaz balonunda keçirmək istədi -FOTO İQTİSADİYYAT 17:07 2019-08-16

“Samur” gömrük postunun idxal-gömrük nəzarəti xəttinə Rusiya Federasiyasından daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi “VAZ 21093” markalı avtomobil saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, gömrük baxışı zamanı sözügedən nəqliyyat vasitəsinin baqajında, yanacaq çəni üçün nəzərdə tutulan qaz balonunun içərisində gömrük nəzarətindən gizlədilən 9600 ədəd “Heets” markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.