Rusiya Prezidenti Vladimir Putin dünən quşlarla toqquşduqdan sonra "A321" sərnişin təyyarəsini qarğıdalı sahəsinə endirən Ural Hava Yollarının pilotlara "Rusiya Qəhrəmanı" adını verib.

Unikal.org ria.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında çıxışında bildirib. O deyib: ""Mən, bildiyiniz kimi, Jukovski hava limanına səthi eniş edən təyyarənin ekipaj heyətinin mükafatlandırılması haqqında sərəncam imzaladım. Təyyarə komandiri Damir Yusupov və pilot Georgi Murzini "Rusiya Qəhrəmanı" titullarına, qalan heyət üzvləri "Cəsarət Ordeninə" layiq gördüm".