Türkiyədə 26 yaşlı Ahmet Əmrə Y. aprel ayında 15-ci mərtəbədən özünü ataraq intihar edib. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, onun intihar səbəbi təcavüzə məruz qalması olub. O ilk dəfə 9 yaşında olarkən qohumu V.T.-nin təcavüzünə məruz qalıb və bu hal 9 il davam edib. 

V.T. isə 4 ay həbs yatdıqdan sonra ötən həftə sərbəst buraxılıb. 

Ahmet Əmrə Y.nin böyük bacısının bildirdiyinə görə, V.T işi səbəbindən onların evində qalıb. BU vaxtdan o qarşdaşına qarşı cinsi istismar edib. Bu da 9 il ərzində davam edib. 
Ahmet Əmrə Y. əsgərlikdə dostlarının onunla "əl zarafatı" etməsinə əsəbləşib və depresiyaya düşüb. O bundan sonra xəstəxanaya aparılıb. Bununla bağlı həkimlər onun ailəsiylə danışıb. Daha sonra ailə polis bölməsinə gedərək şikayətçi olublar. 

Ona təcavüz edən qohumu V.T-yə zəng edərək keçmişdə baş verənlərlə bağlı danışıb və görüşmək sitədiyini dilə gətirib. Ahmet Əmrə Y. qohumu ilə görüşü lentə alıb. Daha sonra həmin görüntüləri prokurorluğa təqdim edib. 

 Ahmet Əmrənin bacısının bildirdiyinə görə, onlar şikayət etsələr də 50 gün ərzində heç bir iş görülməyib. 

Ancaq qardaşının intiharından 2 gün sonra V.T.-i həbs ediblər. Lakin o 4 ay həbsdə qaldıqdan sonra azadlığa buraxılıb. Əmrənin ailəsi bu qərara etirazlarını bildiriblər.