Abşeron rayonunda onlarla evi qarət edən iki dost saxlanılıb.

Unikal.org xəbər verir ki, saxlanılan şəxslərin Mehdiabad, Fatmayı və Digah qəsəbələrində fərdi yaşayış evlərindən oğurluq etdikləri məlum olub.

Belə ki, Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və Mehdiabad Polis Bölməsinin birgə əməliyyatı zamanı iki dost - 26 yaşlı Rəşad Quliyev və 23 yaşlı Bəxtiyar Nərimanov saxlanılıb. Onların Mehdiabad, Fatmayı və Digah qəsəbələrində, ümumilikdə, 20-yə yaxın mənzildən oğurluq etdiyi müəyyən edilib. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər Mehdiabad qəsəbəsində Sənan Mustafayevə məxsus evə daxil olaraq 13 min manatlıq qızıl, hər biri 150 manat dəyərində mobil telefon və bir ədəd 1500 manat dəyərində noutbuk oğurlayaraq vətəndaşa 14 800 manat maddi ziyan vurublar.

Dostların bu müddət ərzində rayonun Fatmayı və Digah qəsəbəsində fərdi yaşayış evlərindən də oğurluq etdiyi müəyyən edilib. Əvvəllər eyni əmələ görə bir dəfə məhkumluq həyatı yaşayan şəxslər bu ilin aprel ayında azadlığa çıxıblar. 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi aşılıb, araşdırmalar davam etdirilir.