15 Oktyabr 2019
Azərbaycanda 28745 nəfər ölüb
Azərbaycanda 28745 nəfər ölüb CƏMİYYƏT 20:48 2019-08-16

Azərbaycanda 6 ayda ölən şəxslərin sayı açıqlanıb.

Unikal.org Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-iyun aylarında ölkə üzrə 28745 ölüm halı qeydə alınıb. 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,0-dan 5,9-a düşüb. 

Qeyd edək ki, ümumilikdə ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 38118 nəfər və ya 0,4 faiz artaraq 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10019575 nəfərə çatıb.