Almaniya Bundesliqasında 2019/20 mövsümünə start verilib.

Unikal.org xəbər verir ki, I turun ilk oyun günündə bir matç keçirilib.

Yeganə görüş Münhendə baş tutub. Son çempion “Bavariya” evdə “Herta” ilə qarşılaşıb.

Meydan sahibləri hesabı açsalar da, ardınca iki qol buraxıblar. “Bavariya”nı məğlubiyyətdən Robert Levandovskinin ikinci qolu vuraraq dubla imza atması xilas edib.

Qeyd edək ki, turun digər oyunları avqustun 17-18-də keçiriləcək.