18 Sentyabr 2019
17 Sentyabr 2019
Ac ayı evə girdi - Polisi görərək divarı uçurub qaçdı
Ac ayı evə girdi -Polisi görərək divarı uçurub qaçdı DÜNYA 10:56 2019-08-17

ABŞ-ın Kolorado şatatında ac ayı girdiyi  evə gələn polis məmurunu görən kimi divarı dağıdaraq qaçıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,  ayı Fall River Road ərazisinə yaxın bir iqamətgaha girib. Polis hadisənin cümə axşamı baş verdiyini və hadisə zamanı evin boş olduğunu bildirib. Məmur gələndə ayı divarda bir deşik qazıb və qaçıb.

Estes Park qəsəbəsində baş verən  hadisədə xəsarət alan olmayıb. Polis evdə olan zibilə görə ayının girdiyini təxmin edib. Təhlükəsizlik qurumları  sakinlərə müraciət edərək  evlərinin və avtomobillərinin təhlükəsizliyi üçün bütün qapı və pəncərələri bağlanmağı məsləhət görüb. Colorado Park və Vəhşi Təbiət şöbəsi, 3 Avqustdan 10 gün ərzində ayıların 35 maşına və 9 evə girdiyini bildirib.