18 Sentyabr 2019
17 Sentyabr 2019
Rüşvətə görə biri məmur olmaqla üç nəfər saxlanıldı - Gürcüstanda
Rüşvətə görə biri məmur olmaqla üç nəfər saxlanıldı -Gürcüstanda DÜNYA 11:06 2019-08-17

Gürcüstanda rüşvət üstündə üç nəfər saxlanılıb.

Unikal.org “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb .

Saxlanılan Tercola şəhər meriyasının Nəzarət xidmətinin baş mütəxəssisi Gela Q. rüşvət almada, digər iki vətəndaş Kaxi K. və Gia M. isə rüşvət vermədə ittiham olunurlar.

İstintaqla müəyyən olunub ki, Kaxi K. və Gia.M. Tercola meriyasının nümayəndəsinə qanunsuz tikintinin müdafiə olunması üçün 1 000 lari məbləğində rüşvət veriblər.

Faktla bağlı rüşvət alma və rüşvət vermə maddələri üzrə istintaq aparılır. Saxlanılan şəxsləri 7 ildən 11 ilədək həbs cəzası gözləyir.

İstintaqı Gürcüstan DTX-nin Korrupsiya əleyhinə Agentliyi aparır.