20 Sentyabr 2019
19 Sentyabr 2019
Şəhərdəki məşhur hotel yandı - Ölənlər və yaralananlar var
Şəhərdəki məşhur hotel yandı -Ölənlər və yaralananlar var DÜNYA 12:00 2019-08-17

Ukraynanın Odessa şəhərində hotellərin birində yanğın baş verib.  Yanğın nəticəsində 8 nəfər dünyasını dəyişib.

Unikal.org-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, yanğın gecə saatlarında “Tokio Star” hotelinin ikinci mərtəbəsində başlayıb.

Hadisə nəticəsində həmçinin 10 nəfər xəsarət alıb. Yanğının qarşısının alınması üçün əraziyə 65 yanğınsöndürən və 10 texnika cəlb olunub.

Yanğının səbəbləri hələlik məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır.