İspaniyanın "Alaves” klubunun futbolçusu Olivye Verdon polis tərəfindən saxlanılıb. 

Unikal.org xəbər verir ki, buna səbəb 23 yaşlı müdafiəçinin məişət zorakılığında ittiham edilməsi olub. Belə ki, Olivye Verdon oteldə sevgilisi ilə mübahisə edib. Daha sonra isə onu dəhlizboyu saçlarından tutaraq sürüyüb. 

Olivye Verdonla yanaşı, qız da istintaqa cəlb edilib. Buna səbəb isə futbolçuda da zorakılıq izlərinin aşkarlanması olub.