Binəqədi rayonu ərazisində yerləşən avtoservislərin birindən avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən P.Rəhimov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 14-də rayon ərazisində yerləşən avtoservislərin birindən 2000 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini P.Rəhimov saxlanılıb.