18 Sentyabr 2019
17 Sentyabr 2019
İlham Əliyev əfqanıstanlı həmkarını təbrik etdi
İlham Əliyev əfqanıstanlı həmkarını təbrik etdi SİYASƏT 15:57 2019-08-17

Prezident İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaniyə təbrik məktubu göndərib.

Unikal.org-un məlumatına görə təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Əfqanıstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Əfqanıstan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əfqanıstan xalqına sülh və tərəqqi diləyirəm".