Tərtər rayonunun Sarov kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, avqustun 16-da saat 23 radələrində Tərtər rayonunun Sarov kəndi ərazisində Bəyimsarov kənd sakini M.Orucov idarə etdiyi “VAZ-2109” markalı avtomobillə yolu keçən həmkəndlisi Raul Hümbətlini vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Tərtər RPŞ tərəfindən araşdırma aparılır.