22 Oktyabr 2019
21 Oktyabr 2019
Yığmamızın futbolçusu Almaniyada cəza aldı
Yığmamızın futbolçusu Almaniyada cəza aldı İDMAN 19:59 2019-08-17

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniya çempionatında növbəti oyununu keçirib.

Unikal.org xəbər verir ki,  təcrübəli yarımmüdafiəçi II Bundesliqanın üçüncü turunun iştirakçısı olub.

Onun şərəfini qoruduğu “Aue” səfərdə “Arminiya” ilə görüşüb. Meydan sahibləri bu görüşdə 3:1 hesabı ilə qalib gəliblər.

90 dəqiqə meydanda olan D.Nazarov sarı vərəqə ilə cəzalanıb. Bu, “Aue”nin mövsümdə ilk məğlubiyyəti olub.
Üç oyundan sonra 6 xala malik komanda 4-cü pillədə qərarlaşıb.