Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçirilib.

Unikal.org xəbər verir ki, I turun ikinci oyun günündə diqqətlər Qəbələyə yönəlib.

Ötən mövsüm Azərbaycan kubokunun finalında qarşılaşan komandalar - “Qəbələ” və “Sumqayıt” Premyer Liqada ilk oyunlarına çıxıblar. Qəbələ şəhər stadionundakı görüşün taleyi ilk 45 dəqiqədə həll olunub. Meydan sahiblərinin qapısından iki qol keçirən Mehdi Şərifi “Sumqayıt”a üç xal qazandırıb.

“Qırmızı-qaralar” fasilədən sonra oyunda dönüş yaratmaq üçün irəli atılsalar da, hesab dəyişməz qalıb.

Qeyd edək ki, turun dünənki ilk oyununda “Qarabağ” “Keşlə”ni 1:0 hesabı ilə məğlub edib. Sabah “Səbail” – “Zirə”, ertəsi gün “Neftçi” – “Sabah” matçları baş tutacaq.