Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov Zaqatala rayonuna yeni rəis təyin edib.

Unikal.org  qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin əmri ilə bu posta Daşkəsən rayon Polis şöbəsinin rəisi polis polkovniki Vəfadar Orucov gətirilib.

Qeyd edək ki, bunadək sözügedən postda Adil Ələkbərov olub. O, 3 gün öncə daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.