15 Sentyabr 2019
Birinci vitse-prezidenti: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"
Birinci vitse-prezidenti:"Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm" CƏMİYYƏT 15:09 2019-08-18

"Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin bir qrup məzunu ilə Vətənimiz naminə, Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsi naminə həyatından keçən şəhidlərin işıqlı xatirəsini yad etdim".

Unikal.org xəbər verir ki,  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bunu "İnstagram" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bu insanların qəhrəmanlığı qarşısında baş əydiyini bildirib: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm. Onların şücaəti, onların adları Azərbaycan tarixinə və Azərbaycan xalqının qəlbinə əbədi olaraq həkk olunub. Allah rəhmət eləsin. Ulu Tanrı hər zaman Azərbaycanı qorusun!".