Bu gün Gədəbəydə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə  rayonun Düzyurd kəndində qeydə alınıb.

“QAZel” markalı yük maşını ilə “VAZ-2106” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sərnişini 1995-ci il təvəllüdlü Allahverdiyev Bəxtiyar İsmət oğlu hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.