Bu gün Aprel döyüşlərində yaralanmış Yaşar Ağayevin toyu olub. 

Unikal.org xəbər verir ki, İsmayıllıda keçirilən toy mərasimində ölkənin bütün bölgələrindən qonaqlar, qohumlar və Yaşar Ağayevin döyüş yoldaşları iştirak ediblər. Elza Xaliqova adlı xanımla ailə quran qazi öz toyunda bəy geyimi əvəzinə xidmətdə olduğu formanı seçib.
Toydan öncə bəy və gəlin ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçəklər düzərək dahi şəxsiyyətə sevgi və ehtiramlarını bildiriblər. Sonra bəy və gəlin şadlıq sarayına daxil olarkən hərbi marşla, Azərbaycanın üçrəngli bayraqları ilə qarşılanıb. Toy mərasiminə gələnlər onlara xoşbəxtlik arzulayıb, xoş diləklərini çatdırıblar.