19 Sentyabr 2019
18 Sentyabr 2019
Gəncədə iki nəfər özünü asdı - Biri məktəbli qızdır
Gəncədə iki nəfər özünü asdı -Biri məktəbli qızdır HADİSƏ 09:22 2019-08-19

Gəncə şəhərində bir gün ərzində iki nəfər intihar edib.

Unikal.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, avqustun 18-də Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü İlqar Əliyev yaşadığı evin həyətində özünü asaraq intihar edib.

Həmin gün 15 yaşlı qız da canına qəsd edib. Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü M. Nəbiyeva yaşadığı evdə özünü asıb. M. Nəbiyeva 10-cu sinif şagirdi olub.