Çinin Jianqsu əyalətində Tornado 51 nəfərin həyatına son qoyub.
Unikal.org-un məlumatına görə, Lianşui ətrafında gün ərzində 102 mm yağıntı düşüb.
Yanqçenq şəhərində küləyin sürəti saniyədə 34.6 metrə çatıb. Yerli hökumət xəstəxanaları çox saylı yaralılar üçün hazır vəziyyətə gətirib. Təbii fəalakət onlarla tikilini
tamamilə yararsız vəziyyətə salıb.
Sosial şəbəkələrdə aşmış ağacların, zədələnmiş elektrik ötürücü xətlərinin və çevrilmiş avtomobillərin çoxsaylı təsvirləri yayılıb.
Jianqsu Çinin ən çox əhalinin məskunlaşdığı bölgəsi olduğundan hakimiyyət ölənlərin sayının artacağından narahatdır.
Ötən həftə Çində baş vermiş güclü leysan səbəbindən 13 nəfər ölüb.