Bakıda küçədə bıçaqlanma hadisəsi baş verib.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanının qarşısında qeydə alınıb.

Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, 1973-cü il təvəllüdlü Novruzov İlqar Ələşrəf oğlu xuliqanlıq zəminində Abşeron rayon sakini, 1981-ci il təvəllüdlü Əsədullayev Faiq Meydan oğluna sol çiyin, sol kürək, sol sifət və sol bud nayihələrindən 4 bıçaq zərbəsi vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.