42 yaşlı Braziliyalı sabiq futbolçu Ronaldo, İspaniyanın Formentera Adası sahillərində ailəsi ilə tətil edir.

Unikal.org xəbər verir ki, Ronaldo 7 ildən çox müddətdə futboldan ayrılsa da, yenə də yadda qalan futbol əfsanələrindən biridir. 42 yaşlı idmançı hazırda İspaniyanın Formentera adasında lüks yaxtada sevgilisi və 4 övladı, dostları ilə dincəlir. 

"Real Madridin" sabiq ulduzu, dostları və ailəsi ilə çıxdığı tətildə son dərəcə kefli görüntülərlə yadda qalıb. 

Çoxsaylı uğurlu futbol oyunlarından sonra 2011-ci ildə karyerasını bitirən Ronaldo tətildə yaxınları ilə söhbət edib və onlarla zaman-zaman zarafatlarında da qalmayıb. 

İstinin çox olmasına baxmayaraq dənizə girməyə tənbəllik etməyən ulduzun çəkisinin artması da gözlərdən yayınmayıb.

Ronaldo, 2015-ci ildən bəri Celina Locks ilə birlikdə yaşayır. Cütlüklər zaman-zaman ictimai mediadan xoşbəxtlik görüntülərini paylaşır.