20 Oktyabr 2019
19 Oktyabr 2019
İstirahət mərkəzində bədbəxt hadisə: yeni toyu olan şəxs çayda boğuldu - FOTO
İstirahət mərkəzində bədbəxt hadisə:yeni toyu olan şəxs çayda boğuldu - FOTO HADİSƏ 20:49 2019-08-19

Masallı rayonunda istirahət mərkəzində bədbəxt hadisə baş verib.

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə "İstisu" istirahət mərkəzində qeydə alınıb.

Belə ki, Cəlilabad rayonunun Bədirli kənd sakini, 1996-cı il təvəllüdlü Zamin Seyfulla oğlu Baxışov Viləş çayının istirahət mərkəzinin ərazisindən keçən hissəsində çimərkən dünyasını dəyişib.

İlkin ehtimala görə, o, ürəktutmasından vəfat edib.

Mərhumun avqustun 7-də toyu olub. O, istirahət mərkəzinə ailəsi ilə birlikdə gedibmiş.

Faktla bağlı araşdırma aparılır.


  • İstirahət mərkəzində bədbəxt hadisə:yeni toyu olan şəxs çayda boğuldu - FOTO