Qaradağ rayonunda yeniyetmə itkin düşüb.

Unikal.org xəbər verir ki, 2004-cü il təvəllüdlü Təbriz Mirzəzadə Lökbatan qəsəbəsində nənəsi 1948-ci il təvəllüdlü Əzizə Quliyevaya məxsus evə qonaq gəlib.

Lakin o, axşam saatlarında evdən çıxaraq naməlum istiqamətə gedib. Onun itkin düşdüyü bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.