Bakıda çoxmərtəbəli yaşayış binası yanır.

Unikal.org  xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-14-cü mərtəbələr arasında elektrik kabellərində yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyyə edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

ƏVVƏL- 11:43

***

YENİ- 13:20

Fövqəladə Hallar Nazirliyi (FHN) Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən Unikal.org-a bildiriblər ki, Yasamal rayonunda onaltımərtəbəli yaşayış binasında şaxta boyunca elektrik naqilləri 30 poqonometr uzunluğunda yanıb. Yanğın zamanı binanın 17 sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər və elektrik sayğacları yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.