Şabran rayonunda Qarabağ əlilləri və şəhid ailələrinin yaşadığı dördmərtəbəli binada yanğın başlayıb.

Unikal.org xəbər verir ki, hazırda sakinlər binadan təxliyyə olunurlar.

Hadisə yerinə Şabran rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.