18 Sentyabr 2019
17 Sentyabr 2019
Avtomobil benzini ilə bağlı RƏSMİ MƏLUMAT
Avtomobil benzini ilə bağlıRƏSMİ MƏLUMAT İQTİSADİYYAT 13:21 2019-08-20

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 840,2 mln. manat təşkil edib.

Unikal.org xəbər verir ki, neft məhsullarının istehsalı əvvəlki ilin yanvar-iyulayları ilə müqayisədə 1,4% artıb.

Hesabat dövründə ölkədə 714,1 min ton avtomobil benzini istehsal edilib ki, bu da əvvəlki ilin yeddi ayından 2,3% çoxdur. Bu il avqustun 1-nə 46 min ton hazır məhsul ehtiyatı qalıb.

Yanvar-iyul ayları ərzində 170,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 350,8 min ton ağ neft, 1 249,4 min ton dizel yanacağı, 63,3 min ton yanacaq mazutu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalında 26,8%, ağ neft istehsalında 0,5%, dizel yanacağı istehsalında 6,9%, yanacaq mazutu istehsalında 72% artım qeydə alınıb.

Hesabat dövründə ölkədə 12,4 min ton sürtkü yağları, 132,4 min ton neft bitumu, 144,4 min ton neft koksu istehsal edilib ki, sürtkü yağlarının istehsalı 79,8%, neft bitumunun istehsalı 19,4%, neft koksunun istehsalı 4,8% azalıb.