20 Sentyabr 2019
19 Sentyabr 2019
Müsabiqənin nəticələri elan olundu
Müsabiqənin nəticələri elan olundu CƏMİYYƏT 15:38 2019-08-20

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

Unikal.org xəbər verir ki, nəticələri SMS vasitəsilə öyrənmək istəyən abituriyentlər elektron ixtisas seçimi ərizələrində qeyd olunmuş kodu ( sonuna “9” rəqəmi əlavə olunmuş iş nömrəsini) 7727 qısa nömrəsinə göndərməlidirlər.

Nəticələr yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin (DİM) saytında da yerləşdiriləcək.

"Abituriyentlərə tövsiyə edirik ki, SMS-i bir dəfə göndərsinlər. Nəticələr elan olunmamış SMS göndərən abituriyentlərə də müsabiqə nəticələri barədə məlumat göndərilir", - deyə DİM-dən bildirilib.