Bakıda yol qəzası baş verib. 

Unikal.org "Report"a istindən xəbər verir ki, hadisə Sabunçu rayonunda, Atəşgah dairəsi ərazisində qeydə alınıb. 

Belə ki, Bakıxanov Çörək Zavoduna məxsus "QAZel" markalı yük maşını "Toyota" markalı avtomobillə toqquşub. Hər iki sürücü yüngül dərəcəli bədən xəsarətləri alıb.

Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır.