Quba rayonunda bədbəxt hadisə baş verib. 

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Xanəgah kəndində qeydə alınıb.

Babasıgilə qonaq gələn 2010-cu il təvəllüdlü, Bakı şəhər sakini Cəfərov  Rəsul Ramiz oğlu hamamda çimərkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.