Braziliyanın Rio de Janeyroda sərnişinlərin olduğu avtobusu ələ keçirən şəxs polis tərəfindən zərərsizləşdirib.

Unikal.org xəbər verir ki, həmin şəxsin zərərsizləşdirilməsi anı vedokameralarda əks olunub.

Yayılan videoda bir şəxsin avtobusdan çıxaraq polislərə tərəf çanta tulladığı anda arxadan vurulduğu görünür.

Cinayətkarın zərərsizləşdirilməsindən sonra bütün girovlar sərbəst buraxılıb.