20 Sentyabr 2019
19 Sentyabr 2019
Bu qurum büdcədən maliyyələşəcək - Novruz Məmmədovdan ƏMR
Bu qurum büdcədən maliyyələşəcək -Novruz Məmmədovdan ƏMR CƏMİYYƏT 09:09 2019-08-21

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının təsdiq edilməsi haqqında qərara dəyişiklik edilib.

Unikal.org-un məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın "Büdcədən maliyyələşdirilən qurumlar” hissəsinə əlavə edilib.

Qeyd edək ki, Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi bu ilin yanvarında yaradılıb.