20 Sentyabr 2019
19 Sentyabr 2019
Gənc aktrisa Orxanın təhsil haqqını ödədi - FOTO
Gənc aktrisa Orxanın təhsil haqqını ödədi- FOTO CƏMİYYƏT 11:44 2019-08-21

Xəbər verdiyimiz kimi, Orxan Bağızadə Azərbaycan Dillər Universitetinə daxil olub.

Unikal.org xəbər verir ki, aktrisa Mehin Hümbətova  Orxanın təhsil haqqını özü üzərinə götürmüşdü.

Bu gün isə aktrisa ADU-ya gələrək tələbə Orxanın bir illik təhsil haqqını ödəyib.

Qeyd edək ki, paytaxtın Sabunçu rayonunda yaşayan Orxan Bağızadə müəllim yanına getmədən qəbul imtahanında uğurlu nəticə göstərib. O, bu il keçirilən qəbul imtahanında 336 ball toplayaraq ödənişli əsaslalarla Azərbaycan Dillər Universitetinin Tərcümə (rus-fransız) fakültəsinə qəbul olub. Ancaq atası övladının təhsil almasını istəmədiyi üçün onun attestatını və digər sənədlərini gizlədərək qəbul prosesinə mane olmağa çalışıb.


  • Gənc aktrisa Orxanın təhsil haqqını ödədi- FOTO