İtaliyanın Sardiniya adasında qəribə "oğurluq" hadisəsi baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, fransız cütlük məşhur adanın çimərliyindən 40 kiloqram qum apararkən yaxalanıb. Onlar qumları xatirə olaraq aparmaq istədiklərini və bunun qeyri-qanuni olduğunu bilmədiklərini deyiblər. 

Belə ki, İtaliyada 2017-ci ildə qüvvəyə minən qanuna görə çimərliklərdəki qum, çınqıl və balıqqulaqları ictimai sahəyə aid edilib. Qanuna görə, bunun cəzası 3 min avro (5650 manat) və 1 ildən 6 ilədək həbs olaraq müəyyənləşib.