Balakən Rayon Polis Şöbəsinin əməkdaşları Gərəkli kəndində əməliyyat keçirib.

Unikal.org xəbər verir ki, daxil olmuş məlumat əsasında 1985-ci il təvəllüdlü Qambiyev Ramil Ramazan oğlunun yaşadığı evə baxış keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində zamanı oradan 3 kibrit qutusunda ümumi çəkisi 300 qramdan çox qurudulmuş marıxuana aşkar edilərək maddi sübut kimi götürülüb. Saxlanılan şəxs tutduğu cinayəti etiraf edib. 

Faktla bağlı araşdırma aparılır.