20 Sentyabr 2019
19 Sentyabr 2019
Məhkəmə ona bəraət verdi
Məhkəmə ona bəraət verdi HADİSƏ 16:31 2019-08-21

Nərimanov Rayon Məhkəməsində qanunsuz silah saxlamada təqsirləndirilən Elman Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Vəkil Orxan Kəngərli Unikal.org-a bildirib ki, hakim Tural Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Elman Məmmədova bəraət verilib.

Vəkil deyib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İŞ-nin müstəntiqi bir çox qanunsuzluqlara yol verərək müvəkkilinin azadlığının 9 ay qanunsuz olaraq məhdudlaşdırılmasına nail olub: “Qanunsuz əməllərinə görə müstəntiq barəsində məhkəmə xüsusi qərar qəbul etdi. Ədalətli qərara görə Nərimanov Rayon Məhkəməsinin hakimi Tural Ələkbərova təşəkkür edirəm!”.

Əli Osmanov