19 Sentyabr 2019
Qaradağda gənclərlə görüş keçirildi - FOTO
Qaradağda gənclərlə görüş keçirildi- FOTO CƏMİYYƏT 17:28 2019-08-21

Bu gün Qaradağ Gənclər Evində “İslam dəyərləri olduğu kimi” mövzusunda gənclərlə görüş keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Yusif Nəsibov, Sahil məscidinin imamı Hacı Fazil, həmin məscidin imamının müavini Hacı Məhəmməd, rayon fəalları iştirak edib.

Tədbiri giriş sözü ilə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov açdı. O, tədbirin mövzusunun “İslam dəyərləri olduğu kimi” seçilməsinin səbəblərini tədbir iştirakçılarının nəzərinə çatdıraraq İslam dinində elmə, təhsilə, mədəniyyətə verilən qiymətdən, ona ayrılan diqqətdən söz açıb. 

Qaradağ rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Yusif Nəsibov dövlət-din münasibətlərindən danışaraq ilk növbədə Azərbaycanda dini dəyərlərə dövlətin diqqət və qayğısını qeyd edib.

Tədbirin sonunda gəncləri maraqlandıran suallarla cavablar verilib.


  • Qaradağda gənclərlə görüş keçirildi- FOTO
  • Qaradağda gənclərlə görüş keçirildi- FOTO