19 Sentyabr 2019
“Azərişıq”ın sədr əvəzi Gəncədə, müavini Şəmkirdə vətəndaşlarla görüşəcək
“Azərişıq”ın sədr əvəzi Gəncədə, müavini Şəmkirdəvətəndaşlarla görüşəcək CƏMİYYƏT 17:29 2019-08-21

Avqustun 22-də “Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov Gəncə şəhərində vətəndaşları qəbul edəcək.

Unikal.org xəbər verir ki, “Azərişığ”ın müvafiq qurumlarının rəhbərlərinin də iştirak edəcəyi qəbulda Gəncə şəhəri və Samux rayonundan olan vətəndaşların müraciət və təklifləri dinləniləcək.

Sabah həmçinin səhmdar cəmiyyətinin sədr müavini Ramil Yusifov Şəmkirdə, bu rayondan olan vətəndaşları qəbul edəcək.

V.Əhmədovun qəbulu Gəncədəki "Qərb" Regional Enerji Təchizatı və Satışı İdarəsində,R.Yusifovun qəbulu isə SC-in Şəmkirdəki Avtomatik İdarəetmə Merkezinde bash tutacaq.