19 Sentyabr 2019
18 Sentyabr 2019
Uşağı xəstəxanaya apararkən qəzaya düşdü, özü və yaralı uşaq öldü - TƏFƏRRÜAT
Uşağı xəstəxanaya apararkən qəzaya düşdü,özü və yaralı uşaq öldü - TƏFƏRRÜAT HADİSƏ 21:48 2019-08-21

Quba rayonunda baş verən qəzanın təfərrüatları bəlli olub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Rustov kəndində baş verib. Belə ki, kənd ərazisində 2015-ci il təvəllüdlü Renat Mahir oğlu Orucəliyevi avtomobil vurub. Uşağı vuran sürücü isə hadisə yerindən qaçıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Emin Səfərəli oğlu Əzizov yaralı uşağı, uşağın anasını və nənəsini öz avtomobilinə mindirərək, Quba Rayon Mərkəzi Xəstəxanasına aparıb. Lakin yolda digər avtomobil tərəfindən vurulub.

Nəticədə, 3 uşaq atası oilan sürücü Emin Əzizov hadisə yerində, 4 yaşlı uşaq isə xəstəxanada ölüb. Uşağın anası və nənəsi ağır bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və hazırda onlar müalicə olunurlar.

Faktla Quba Rayon Prokurorluğunda araşdırma aparılır.