"Açıqlamalardan hiss olunur ki, "Linfild" olduqca istəklidir. Rəqibin oyununa baxmışıq, analiz etmişik".

Unikal.org
xəbər verir ki,  bunu Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Azərbaycan çempionunun 47 yaşlı çalışdırıcısı Avropa Liqasının pley-off mərhələsinin “Linfild”lə Şimali İrlandiyadakı ilk oyunu öncəsi mətbuat konfransına qatılıb. Q.Qurbanov sabahkı görüş barədə fikirlərini açıqlayıb: "Qarşılaşmaya yaxşı hazırlaşmışıq. Sabah meydanda ən yaxşısını və düzgün olanı etməyə çalışacağıq. Rahil Məmmədovla Riçard Almeyda cəzalı durumda olduğu üçün bəllidir ki, oyunu buraxacaqlar. Bədavi Hüseynov isə bir müddətdir ki, zədəlidir. Ailton Silva və Maksim Medvedev son məşqlərdə problem yaşadı və onlarla bağlı konkret qərar veriləcək. Onların müayinəsindən və həkimlərin məsləhətindən sonra son duruma aydınlıq gələcək".

Qeyd edək ki, Belfastin “Vindzor Park” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.